Feb 25 2017 17:28
Ulviyye Sabirqizi
Views: 1551

Xocalı faciəsinin 25-ci ildönümünün qeyd olunduğu bir zamanda cəbhədə belə bir təxribatın törədilməsi sözün əsl mənasında erməni xislətindən xəbər verir.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov ötən gündən başlayaraq ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinə münasibət bildirirərkən belə deyib. Bildirib ki, Azərbaycan ordusu həmişə olduğu kimi erməni təxribatına layiqli cavab verəcək, düşmən törətdiyi təxribata görə peşman olacaq:

“Ermənilərin müxtəlif bəhanələrlə tez-tez təxribat törətməsi yenilik deyil. Azərbaycanın ordusu indi kifayət qədər güclüdür, qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Nəinki hər bir təxribata, daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən qalib çıxmağa hazırdır. Bir növ biz sanki erməni təxribatına adət etmişik, mən bunu təəssüf hissi ilə qeyd edirəm ki, gərək belə təxribatlar olmayaydı. Ancaq nə etməli, görünür, bəziləri pis vərdişlərindən əl çəkə bilmirlər, unuda bilmirlər, yəqin ki, onları bu vərdişlərdən əl çəkməyə Azərbaycan  əsgəri məcbur edəcək”.

 


Create Account



Log In Your Account