Jan 13 2017 11:00
Ulviyye Sabirqizi
Views: 1631

Dəməşq ətrafında yerləşən hərbi aeroport İsrail tərəfindən raket atəşinə tutulub.

Əl-Məzza rayonunda yerləşən aeroportun yaxınlığında bir neçə partlayış baş verib.  

Sama TV raketlərin İsrail ərazisindən atıldığını iddia edib. Hadisə yerində partlayışlardan sonra güclü yanğın baş verib.

Bu hadisədən bir neçə saat öncə isə Suriyanın paytaxtındakı idman kompleksində güclü partlayış baş verib. Təxminən 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.


Create Account



Log In Your Account