Mar 15 2017 16:31
Ulviyye Sabirqizi
Views: 1859

Bir qədər əvvəl Dəməşqdə Ədalət Sarayının binasında güclü partlayış baş verib.

CBC xəbər verir ki, Suriya dövlət televiziyasının yaydığı məlumata görə, partlayıcı qurğu binanın vestibülündə işə salınıb. Ölkənin Ədliyyə Nazirliyi hücum nəticəsində onlarla insanın həlak olduğunu və yaralandığını təsdiqləyib.

Hazırda partlayışın baş verdiyi ərazi mühasirəyə alınıb, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları gəlib. “France Presse” agentliyinin məlumatına əsasən, insident nəticəsində azı 25 nəfər həlak olub.

Ötən həftə Dəməşqdə 70-dən çox insanın ölümü ilə nəticələnən ikili partlayış törədilmişdi. O vaxt intiharçı-terrorçular özlərini şiə zəvvarların izdihamı arasında partlatmışdılar. Hadisənin məsuliyyətini “Cəbhət ən-Nusra” qruplaşmasının başçılıq etdiyi “Tahrir əş-Şam” silahlı koalisiyası üzərinə götürmüşdü.

 


Create Account



Log In Your Account