Mar 06 2020 11:09
Elshad Aliyev
Views: 30

Dünya Bankının Direktorlar Şurasının ötən gün keçirilən iclasında Azərbaycana məşğulluğun dəstəklənməsi layihəsinə 100 mln. ABŞ dollarının ayrılması barədə qərar qəbul olunub.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, layihənin məqsədi hər il əlavə olaraq 5 000 nəfərin əmək şəraiti yaxşılaşdırılmasıdır. Layihə xüsusi olaraq qadınlara, gənclərə, təhsil səviyyəsi aşağı olan insanlara və ölkədəki məcburi köçkünlərə yönəldiləcək.


Create Account



Log In Your Account