Apr 15 2017 11:00
Naile Hesenova
Views: 96

Bakı Şopinq Festivalının sürprizləri davam edir. Festivalın mətbuat xidmətinin yaydığı məlumata görə, bakılıları və şəhərimizin qonaqlarını öz DJ proqramına səsləyən Canluka Vakki möhtəşəm repertuarı ilə indiyədək görülməmiş şou vəd edir. Alovlu rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən italyan biznesmen və filantrop Canluka Vakkinin Bakı Şopinq Festivalı çərçivəsində çıxışı onun Bakıdakı izləyiciləri üçün böyük hədiyyə olacaq.

Dünya şöhrətli milyonçunun çıxışını canlı izləmək və əylənmək üçün xarici ölkələrdən turistlər artıq bilet sifarişlərinə başlayıblar. Biletləri Elektra hollun kassalarına yaxınlaşıb əldə etmək mümkündür.

Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.


Create Account



Log In Your Account