Mar 10 2020 10:33
Elshad Aliyev
Views: 36

Dünya Səhiyyə Təşkilatı yeni növ koronavirusla bağlı (COVID-19) son vəziyyəti açıqlayıb.

AZƏRTAC xəbər verir ki, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 115 ölkəyə yayılıb.

Dünya üzrə koronavirusa 114422 nəfər yoluxub (60 yeni yoluxma), 4027 nəfər ölüb (19 yeni ölüm), 64088 nəfər isə sağalıb (1600 yeni sağalanlar).

Koronavirusdan ən çox əziyyət çəkən ölkə Çin, İran, İtaliya və Cənubi Koreyadır.


Create Account



Log In Your Account