May 14 2020 12:15
Elshad Aliyev
Views: 81

Bakı vaxtı ilə saat 11:50-yə olan məlumata əsasən, dünyada koronavirusla bağlı xəstəlik səbəbindən ölənlərin sayı 298 min 295 nəfərə çatıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, son sutka ərzində COVID-19 infeksiyasından 5 min 314 nəfər həyatını itirib.

Mayın 13-də 88 min 220 yeni yoluxma halı qeydə alınıb və bununla da koronavirus infeksiyasına yoluxanların sayı 4 milyon 441 min 867 nəfərə çatıb. Həmçinin indiyədək 1 milyon 668 minə yaxın insan COVID-19 xəstəliyindən sağalıb.

Yoluxanların sayına görə ilk yeri əvvəlki kimi ABŞ tutur. Burada 1 milyon 430 min 348 nəfər COVID-19 infeksiyasına yoluxub. ABŞ-ın ardınca İspaniya (271 min 95 nəfər), Rusiya (252 min 245 nəfər), Böyük Britaniya (229 min 705 nəfər) və İtaliya (222 min 104 nəfər) gəlir.

ABŞ COVID-19 xəstəliyindən ölənlərin sayına görə də dünya lideridir – 85 min 197 nəfər. Birləşmiş Krallıqda 33 min 186, İtaliyada 31 min 106, İspaniyada isə 27 min 104 ölüm faktı qeydə alınıb. Ölənlərin sayına görə 5-ci yerdə qərarlaşan Fransada isə bu göstərici 27 min 74 nəfərdir.


Create Account



Log In Your Account