Jan 30 2019 11:56
Ferah Sabirqizi
Views: 93

Azərbaycan dünyanın 71-ci ən təhlükəsiz ölkəsidir.

“Global Finance” jurnalının məlumatına görə, reytinq siyahısında ümumilikdə, 128 ölkə yer alıb.

Əsas kriteriyalar kimi hərbi konfliktlərin yaranması ehtimalı, cinayətkarlıq səviyyəsi, iqtisadi inkişaf göstəricisi və təbii fəlakətlərin baş vermə ehtimalı götürülüb.

Ən təhlükəsiz ölkələr Avstriya, Portuqaliya, Finlandiya, İsveçrə və reytinqin birincisi İslandiya seçilib. 

İran 77-ci, Türkiyə 107-ci və Rusiya 108-ci pillədə qərarlaşıb.


Create Account



Log In Your Account