Dec 27 2019 12:21
Elshad Aliyev
Views: 114

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində gəmiçiliyin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, dənizçilər həmişə olduğu kimi, bu dəfə də əslən Xocalı, Kəlbəcər, Laçın, Ağdam, Şuşadan olan və Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıblar.

Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.


Create Account



Log In Your Account