Jun 14 2017 12:37
Ferah Sabirqizi
Views: 1479

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) bu gün yekunlaşacaq toplantısında uçot dərəcələrinin artırılması ilə bağlı qərar verəcəyi gözlənilir. 

CBC xəbər verir ki, ekspertlərin demək olar hamısı belə qərar veriləcəyinə əmindirlər. ediblər. Bu halda, dünya valyuta birjalarında dolların məzənnəsinin xeyli möhkəmlənəcəyi ehtimal olunur.

Lakin bundan sonra uçot dərəcələrinin faizinin artırmasının problemli olduğu düşünülür. Belə ki, ölkənin xarici borcu artıq 20 trilyon dolları keçib.

Bu gün açıqlanacaq qərarda FED son 7 ayda uçot dərəcələrini 7 ayda 3-cü dəfə artırmış olacaq.

Ekspertlərin fikrincə, Cannet Yelena FED-in rəhbəri kimi 2017-ci ilin sonuna qədər daha bir dəfə uçot dərəcələrini artıracaq, 2018-ci ildə isə bunu 3 dəfə edəcək və beləliklə, 2018-ci ilin sonu üçün federal fondlar üçün faiz dərəcəsi 2,1%-ə çatacaq.

FED ölkədə aşağı inflyasiya və işsizlik göstəricisinə arxalanaraq bu addımı atacaq.

 


Create Account



Log In Your Account