Dec 20 2019 12:57
Elshad Aliyev
Views: 140

Prezident Donald Tramp ABŞ Konqresinin Senatında impiçment çərçivəsində prosesin təcili keçirilməsini istədiyini deyib.

AZƏRTAC xəbər verir ki, ABŞ lideri bu barədə özünün “Twitter” səhifəsində yazıb. “İcmalar Palatasındakı demokratlar özlərinin saxta impiçmentinin lehinə respublikaçıların bir səsini belə ala bilməyib. Respublikaçılar indiyə qədər belə birlik göstərməmişdi! Respublikaçılar bu işlə bağlı elə zəif sübutlara malikdirlər ki, hətta prosesdə iştirak etmək belə istəmirlər”, - deyə Donald Tramp bildirib.

Amerika lideri hesab edir ki, demokratlar uyğun olmayan şahidlərin prosesə çağırılacağından ehtiyat etdikləri üçün impiçment çərçivəsində təsdiq olunan ittihamları ABŞ Konqresinin Senatına göndərmək istəmirlər. “Demokratlar korrupsiyaya uğramış siyasətçi Adam Şiffin (Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin rəhbəri) ifadə verməsini istəmədikləri üçün impiçment maddələrini Senata təqdim etməkdən yayınır”, - deyə Prezident yazıb.

Qeyd edək ki, dekabrın 18-də İcmalar Palatası Prezident Donald Trampa vəzifədən sui-istifadə və Konqresin təhqiqatına mane olma ittihamları üzrə impiçment elan edib.

ABŞ Senatı 2020-ci ilin əvvəlində Donald Trampın vəzifədən uzaqlaşdırılmasının lazım olub-olmaması barədə qərar qəbul etməlidir. Senatorların hakim Nümayəndələr Palatası üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi dinləmələrin sonunda keçiriləcək səsvermədə Prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır. Hazırda ABŞ Senatında çoxluq respublikaçıların tərəfində olduğundan, çox böyük ehtimalla impiçment prosesi bu etapda bloklanacaq.

Xatırladaq ki, Nümayəndələr Palatası fəaliyyətdə olan dövlət başçısına qarşı impiçment çərçivəsində ittihamları ABŞ tarixində yalnız iki dəfə təsdiqləyə bilib. Bu prezidentlər Endryü Conson (1868-ci ildə) və Bill Klinton (1998-1999-cu illərdə) olub. Sonradan onların hər ikisi Konqresin yuxarı palatasında bəraət qazanıb.


Create Account



Log In Your Account