Jan 23 2021 14:25
Bakhtiyar Hasanov
Views: 64

"Dostluq" yatağının birgə işlənməsi barədə imzalanmış anlaşma memorandumu Azərbaycan və Türkmənistanın Xəzər dənizində birgə əməliyyatlarının təşkil olunasının başlanğıcı ola bilər.

Bunu Trend-ə "Wood Mackenzie" beynəlxalq konsaltinq şirkətinin Xəzər regionu və Avropa üzrə baş analitiki Eşli Şerman deyib.

O bildirib ki, "Dostluq" Cənubi Xəzərin mübahisəli sularında yerləşən ən iri neft-qaz resursudur. Yatağın ikitərəfli əməkdaşlıq əsasında işlənməsi kommersiya və texniki baxımdan cəlbedici olacaq. Neft ixracı Azərbaycan vasitəsilə tranzit yolu ilə reallaşdırıla bilər:

"Yataq Azərbaycanda AÇG və Türkmənistanda "Petronas 1" blokları arasındakı məhsuldar karbohidrogen təbəqəsində yerləşir".

Analitik əlavə edib ki, bu layihənin inkişaf edəcəyi təqdirdə razılaşdırılmalı olan bir çox detallar var, bu detallardan biri birgə investisiyalar üçün iqtisadi şəraitin yaradılmasıdır.


Create Account



Log In Your Account