Nov 04 2019 15:38
Elshad Aliyev
Views: 22

Rusiyanın Dağıstan Respublikasının Dərbənd rayonu 98 illiyini “Sevinc” Azərbaycan Mədəniyyəti Festivalı və “Qızıl payız” bayramı ilə qeyd edib.

AZƏRTAC xəbər verir ki, Dərbənd rayon Administrasiyası və Dağıstan Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş festivalda Dağıstanın “Kaspi” Dövlət Rəqs Ansamblı, Azərbaycan, Ləzgi və Tabasaran dövlət teatrlarının artistləri, musiqi məktəblərinin və rəsm və incəsənət məktəblərinin şagirdləri iştirak ediblər. Təntənəli tədbirdə Dərbənd rayonunun başçısı Fuad Şıxıyev, Dağıstan Xalq Məclisinin deputatı Yəyha Hacıyev və başqaları çıxış ediblər.

Təşkilatçıların sözlərinə görə, festivalın keçirilməsində məqsəd Dağıstanda yaşayan azərbaycanlıların ənənəvi mədəniyyətinin qorunub saxlanması və təbliği, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.

Qeyd edək ki, Dərbənd Dağıstanın 110 mindən çox əhalisi olan iri rayonlarından biridir. Rayon əhalisinin 60 faizini azərbaycanlılar təşkil edir.


Create Account



Log In Your Account