Jun 05 2020 14:32
Elshad Aliyev
Views: 393

"İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermə­nistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir".

Bu barədə APA-ya DSX-dan bildirilib. 

Qeyd olunub ki, əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb.         


Create Account



Log In Your Account