May 06 2020 11:41
Elshad Aliyev
Views: 48

Qazaxıstan sərhədçiləri tərəfindən öldürülən Azərbaycan vətəndaşının meyiti ailəsinə təhvil verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, mayın 6-da Xəzər dənizinin mərkəzi istiqamətində DSX-nin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisi tərəfindən aprelin 30-da Qazaxıstan Respublikasının Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının Xəzər dənizində 4 nəfər Azərbaycan Respublikası vətəndaşını saxlamaları zamanı silahın tətbiqi nəticəsində həyatını itirmiş Neftçala rayon sakini, 1969-cu il təvəllüdlü İbrahimov Qəhrəman Kamil oğlunun cənazəsi qəbul edilib. Cənazə həmin gün Q.İbrahimovun ailəsinə təhvil verilib.


Create Account



Log In Your Account