Apr 27 2020 18:03
Elshad Aliyev
Views: 144

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qalan vətəndaşlarımızın aprelin 28-də ölkəyə qayıdacağı gözlənilir. Koronavirus pandemiyası üzündən Dubaydan geri dönə bilməyən 75 azərbaycanlı kömək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib, martın 26-dan bu günə qədər Komitə onların otellərdə yerləşdirilməsini təmin edib və digər gündəlik iaşə xərclərini ödəyib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, həmin soydaşlarımızın aprelin 28-də ölkəyə qayıda biləcəkləri ehtimal olunur.

Bir neçə gün əvvəl Komitənin xaricdə qalan vətəndaşlarımızla təşkil etdiyi videokonfransa Dubaydan qoşulan azərbaycanlılar onlara göstərilən münasibətdən olduqca razı qaldıqlarını ifadə edib və bildiriblər ki, qürbətdə olduqları müddətdə dövlətimizin maddi və mənəvi dəstəyini hiss ediblər. Soydaşlarımız buna görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.


Create Account



Log In Your Account