Dec 28 2019 12:43
Elshad Aliyev
Views: 111

Əvvəlki illərdə əlavə dəyər vergisinin (ƏDV) hesablanıb dövlət büdcəsinə ödənilməsində malların satışına görə 30 günlük müddət nəzərə alınırdısa, artıq bu metod dəyişib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, Vergilər Məcəlləsində ediləcək dəyişikliyə əsasən, bundan sonra tam kassa metodu prinsipinə keçiləcək. Belə ki, 2020-ci il yanvarın 1-dən ƏDV ödəyiciləri məhsulları satarkən, xidmət göstərərkən malları təqdim etdiyi ayda deyil, pul vəsaiti onun sərəncamına daxil olduğu ayda ƏDV-ni hesablayıb ödəyəcək. Bu, sahibkara maliyyə yükü yaratmamağa hesablanmış dəyişiklikdir.


Create Account



Log In Your Account