Nov 05 2019 10:26
Elshad Aliyev
Views: 45

Noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun tabeçiliyində olan hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları üçün “açıq qapı” günü, eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həmin gün əsgərlərin yaxınları və ictimaiyyətin nümayəndələri hərbi hissələrdə yaradılan məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı” günü çərçivəsində hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri keçiriləcək, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq. Həmçinin Dövlət Bayrağı Günü münasibətilə konsert proqramları və digər mədəni-kütləvi tədbirlər təşkil olunacaq.


Create Account



Log In Your Account