Dec 18 2019 11:40
Elshad Aliyev
Views: 153

Dekabrın 18-də Bakıda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “McKinsey” məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində böyükhəcmli məlumatlar” mövzusunda seminar keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə seminarın əhəmiyyətini vurğulayıb. Bildirib ki, seminar dövlət idarəçiliyində böyükhəcmli məlumatların tətbiqi, onların idarə olunması, qərar qəbuletmə prosesində əhəmiyyəti, həmçinin dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vətəndaşlara təmassız və çecik şəkildə təqdim olunması ilə bağlı mövzulara həsr olunub.

O qeyd edib ki, hazırda dünyada böyük həcmli məlumatlar (Data) neftin yerini tutmağa doğru gedir. Böyükhəcmli məlumatların 80 faizi strukturlaşdırılmamış məlumatlardandır.

“İrihəcmli məlumatların strukturlaşdırılması və saxlanılması hökümət strukturlarının öhdəliyinə düşür. Bu sahə ölkəmizdə də diqqət mərkəzindədir. Hazırda Azərbaycanda rəqəmsallaşma, Data mərkəzlərinin inşası, süni intelekt, əşyaların interneti, yüksək ixtisaslı kadrların hazırlığı nazirlik tərəfindən də diqqət mərkəzindədir”, - deyə nazir müavini bildirib.


Create Account



Log In Your Account