Jan 14 2021 14:46
Bakhtiyar Hasanov
Views: 21

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak ilə görüşüb.

Bu barədə CBC-yə DGK-dan məlumat verilib.

Məlumata görə, S.Mehdiyev Əlcəzair-Azərbaycan münasibətlərindən bəhs edib və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O, Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzü və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-həmlə tədbirlərindən danışaraq Azərbaycan ordusunun 30 ilə yaxın işğalda qalan əraziləri 44 gün ərzində azad etdiyini bildirib. Komitə sədri onu da vurğulayıb ki, tezliklə işğal altındakı ərazilərin bərpasına başlanacaq və bu da regionun iqtisadi baxımdan inkişafı, bölgədə sabitliyin tam təmin olunması üçün əlverişli imkanlar yaradacaq.

Sədr son illər gömrük sistemindəki islahatlar barədə məlumat verib, deyib ki, əməkdaşların potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin reallaşdırılması fiskal sahə ilə yanaşı, qaçaqmalçılıqla mübarizə, şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb. Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

S.Abdelhak Azərbaycanın Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. O, Azərbaycan gömrüyünün əldə etdiyi uğurların təqdirəlayiq olduğunu, bütün sahələrdə əldə edilən nailiyyətlərlə bağlı təcrübə mübadiləsinin əməkdaşlığa, gömrük işinin inkişafına töhfə verəcəyini bildirib.


Create Account



Log In Your Account