Apr 17 2020 18:09
Elshad Aliyev
Views: 162

Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclasına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət himni ifa ediləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında Daxili Nizamnaməsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

“Televiziya və radio yayımı haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən isə Azərbaycan Respublikasının Dövlət Himni hər səhər Azərbaycan Respublikasının televiziya və radio yayımının əvvəlində səsləndirilməlidir. “İctimai televiziya və radio yayımı haqqında” qanuna da analoji məzmunda dəyişiklik təklif edilib.

Qanun layihəsi birinci oxunuşda səs qoyularaq qəbul edilib.

Qeyd edək ki, hər üç qanuna "Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında" qanunun icrası ilə əlaqədar dəyişiklik təklif edilir.


Create Account



Log In Your Account