Jan 30 2019 15:58
Ferah Sabirqizi
Views: 109

Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələrindən asılı olaraq, pilləli şəkildə dövlət məvacibinin artırılması sisteminin qurulması üçün təkliflər hazırlanacaq.

Yeni sistem “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” üzrə qurulacaq. Məqsəd dövlət qulluqçularının səmərəli və uzunmüddətli fəaliyyətinin stimullaşdırılması, onlar arasında sağlam rəqabətin formalaşdırılması, dövlət qulluğunun qeyri-dövlət sektoru ilə rəqabət qabiliyyətinin artırılmasıdır.

Strategiyada Azərbaycan Respublikası Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət İmtahan Mərkəzi normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən olunub.

Xatırladaq ki, Strategiya Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib.


Create Account



Log In Your Account