Aug 03 2020 14:22
Elshad Aliyev
Views: 63

Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 041,5 milyon manat (40,7%) az və ya 7 342,6 milyon manat nəzərdə tutulur.

APA-Economics” bu barədə 2020-ci ilin dövlət və icmal büdcələrinə yenidən baxılması ilə bağlı qanun layihələrinə istinadən xəbər verir.

Məlumata əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərcləri 12 410,0 milyon manat təşkil edəcək ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 850,0 milyon manat və ya 7,4% çoxdur.

Qeyd edək ki, 2020-ci ildə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 12 200,0 milyon manatı və ya 50,6%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin payına düşür.


Create Account



Log In Your Account