May 25 2021 12:05
Elshad Aliyev
Views: 95

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Narkomaniya və zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq” adlı videokonfrans keçirilib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə narkomaniyanın həyat üçün təhlükəsindən, zərərlərindən və ona qarşı mübarizə metodlarından bəhs olunub. Bildirilib ki, hazırda Azərbaycanda 32-34 min nəfər qeydiyyatda olan narkotik istifadəçisi var. Ona görə də yeniyetmə və gəncləri zamanında pis vərdişlərdən qorumaq, onların sağlam və bilikli böyüməsini təmin etmək hər birimizin borcudur.

Vurğulanıb ki, ADNSU-da tələbələrə elm, bilik öyrədib milli vətənpərvərlik hislərinin aşılanması ilə yanaşı, gənclərin sağlamlığına xüsusi önəm verilir.

Videokonfransda ADNSU-nun professor-müəllim heyəti, Bakı şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Pərvin Abbasova, ADNSU-nun 2 saylı tələbə poliklinikasının baş həkimi Xuraman Kazımova və gənclər iştirak ediblər.


Create Account



Log In Your Account