May 24 2021 16:56
Elshad Aliyev
Views: 102

Mayın 24-də 13 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 39-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 38-i B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və Kənd Təsərrüfatı Nazirliyində müvafiq vəzifələrdir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 40, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində 8, Dövlət Statistika Komitəsində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Kənd Təsərrüfatı Nazirliyində 3, Maliyyə Nazirliyində 3, Əqli Mülkiyyət Agentliyində 2, Sumqayıt İnzibati Məhkəməsində 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Hesablama Palatasında 1, İqtisadiyyat Nazirliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 və Sumqayıt Apellyasiya Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə mayın 24-dən iyunun 22-si saat 18:00-dək Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.


Create Account



Log In Your Account