May 01 2020 15:41
Elshad Aliyev
Views: 142

Peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərdən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulması təklif edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna (üçüncü oxunuş) təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, peşə təhsili və ümumi təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu tutulacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Create Account



Log In Your Account