Mar 16 2020 11:48
Elshad Aliyev
Views: 47

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli tələblərini nəzərə alaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət ünvanlayıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vergiödəyicilərinə qurumun təqdim etdiyi elektron xidmətlərdən maksimum dərəcədə yararlanmaları və martın 16-dan 19-dək xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etmələri tövsiyə olunur.


Create Account



Log In Your Account