Mar 26 2020 17:39
Elshad Aliyev
Views: 85

CBC xəbər verir ki, iqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, yaxın perspektivdə Azərbaycanda yeni iqtisadi idarəetmə sisteminin formalaşması gözlənilir.

Dünya iqtisadiyyatında yeni böhran  dalğasının formalaşması, eyni  zamanda   neft qiymətlərinin kəskin şəkildə enməsi və koronovirus pandemiyasının sürətlə yayılması bütün milli iqtusadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsir göstərib. Biz bunu günbəgün hiss edirik. Nəzərə almaq lazımdır ki, mövcud xarici iqtisadi şoklara adaptasiya   olunmaq, onların   nəticəsində   milli   iqtisadiyyatın   dayanıqlığını   qorumaq kifayət qədər mürəkkəb prosesdir. Hesab edirəm ki,bu prosesdən yalnız yeni formatda iqtisadi idarəetmə sisteminin qurulması ilə dayanıqlı şəkildə çıxmaq mümkündür.

Milli iqtisadiyyatlarda dövlətin iqtisadi proseslərə müdaxiləsinin daha aktiv şəkildə reallaşdırılan, səmərəli strateji planlaşdırma sistemi qüvvədə olan ölkələrdə proseslərə akekvat reaksiaynın   verilməsi   daha   effektiv   şəkildə   həyata   keçirilir.   Bu   baxımdan, Azərbaycanda da iqtisadi idarəetmə sistemi yeni formatda təşkil olunacaq.

Ölkə   başçısı   tərəfindən  ötən   ildən   başlayaraq   sosial   yönümlü   tədbirlərin   həyata keçirilməsi, sosial paketin əhatəsinin böyüməsi, daxili bazarın genişlənməsi, əhalinin alıcılıq qabiliyyətinin   yüksəldilməsi,   fiskal   yükün   yüngülləşdirilməsi  ilə   bağlı   qərarlar, vergi  manevri   yeni   yanaşmaya   hazırlıq   mərhələsi   idi.   Bu   gün   görürük  ki,   hadisələr sürətlənib və bu ağır iqtisadi konyukturada, şübhəsiz ki, dövlətin iqtisadiyyatda iştirakı xeyli dərəcədə çoxalmalıdır.

Qeyd edək ki, bu məqsədlə Prezident İlham Əliyevin təşəbbüsü ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu, həmçinin İşçi Qrup yaradılıb. İşçi Qrupun əsas məqsədi xarici iqtisadi şokların yumşaldılması və effektiv idarəetmə formatının tapılmasıdır. İndiki vəziyyətdə dövlət, ilk növbədə, əhalinin geniş təbəqələrinin  sosial  müdafiəsini təmin etməlidir.  Burada maliyyə resurslarının ayrılması  vacibdir.  Ancaq yanaşmalar yalnız maliyyə resurslarının ayrılması ilə məhdudlaşmamalıdır, həm də adekvat qaydada yeni idarəetmə modeli ilə yeni institutların yaradılması, yeni iqtisadi sferaların dəstəklənməsi, onların   inkişafının   stimullaşdırılması,   əmək   resusrlarının   lazımi   istiqamətlərə yönləndirilməsi ilə davam etdirilməlidir. Ona görə də dövlətin iqtisadiyyatda iştirakı həm stimullaşdırıcı   büdcə-vergi   siyasətində,   həm   sosial   müdafiə   sisteminin gücləndirilməsində,   həm   pul-kredit siyasətində,   həm   də   xarici   ticarətdə   öz   əksini tapacaq.   Xüsusilə,   vergi   güzəştlərinin   tətbiqi   və   sahibkarlığın   dəstəklənməsi istiqamətində çevik siyasətin yeridilməsi zəruridir. Lakin, vergi güzəştləri və ya vergi tətilləri   tətbiq   olunarkən   fəaliyyətini   şəffaf   quran,   bir   müddətdir   müvafiq   dövlət qurumlarının sahibkarlara qarşılıqlı etimadla bağlı ünvanlandığı müraciətlərə adekvat cavab verən vergi ödəyiciləri nəzərə alınmalı, onlar dövlətin qayğısı altında olmalıdırlar.

Bunlarla yanaşı, qısa müddətdə ölkədən kapital çıxışı ilə bağlı mənfi halların qarşısı alınmalı,   valyuta   bazarında   möhtəkirliklə   məşğul   olan   şəxslərin   fəaliyyəti məhdudlaşdırmalıdır.   Müəyyən   istiqamətlərdə   valyuta   məhduduyyətlərinin   tətbiqi olduqca zəruridir.

Bütün   bu   tədbirlərin   bütövlükdə   idarəetmə   modelinin   tamamilə   yeni   əsaslarla qurulmasını ehtiva  edir  və ümidvaram ki,  yaxınmüddətli perspektivdə Azərbaycanda iqtisadi idarəetmə baxımından yeni format və yanaşmaların tətbiqinin şahidi olacağıq.


Create Account



Log In Your Account