Apr 15 2021 15:03
Elshad Aliyev
Views: 115

Aprelin 15-də Ekoloji Biliklər Günü ilə əlaqədar ekokönüllülər tərəfindən əhali arasında sorğu keçirilərək onların plastik tullantıların zərərləri, təkrar emala dəstək, tullantıların çeşidlənməsi, polietilen torbaların və plastik qabların alternativlərindən istifadə, suya qənaət yolları haqqında fikirləri öyrənilib. Həmçinin onlara ekoçantalar hədiyyə edilərək ətraf mühitin qorunmasında dəstək olmağa çağırışlar edilib.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Xatırladaq ki, hər il aprelin 15-i dünyanın bir çox ölkəsində Ekoloji Biliklər Günü kimi qeyd olunur. 1992-ci ildə Rio-de-Janeyroda BMT-nin ətraf mühitin problemlərinə həsr olunan konfransında bəşəriyyətin davamlı inkişafı üçün bütün ölkələrin əhalisinin ekoloji təhsilinin böyük əhəmiyyəti vurğulanıb.

Bu günün təsis olunmasının əsas məqsədi ekoloji biliklərin yayılması, əhalidə ekoloji mədəniyyətin formalaşması, ekoloji təhlükəsizlik sahəsində görülən işlər və ətraf mühitin vəziyyəti haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.

Nazirlik hər kəsi təbii resurslardan dayanıqlı istifadə, sağlam ətraf mühit naminə birgə səy göstərməyə, öz töhfəsini əsirgəməməyə çağırır.


Create Account



Log In Your Account