Jul 14 2020 17:30
Elshad Aliyev
Views: 64

Azərbaycan ilə Ermənistan arasında sərhədyanı zonada növbəti qarışıqlıq, tərəflərin insan itkisi verməsi münaqişənin dondurulmamasından və müharibənin hər an başlaya biləcəyindən xəbər verir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova bildirib. Ekspertin fikrincə, Paşinyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov tərəfindən təklif edilən və daha əvvəl Azərbaycan ilə razılaşdırılan Qarabağa dair sülh sazişini imzalamaq niyyətindədirsə, beynəlxalq ictimaiyyətin ona təzyiq göstərməsi ona sərfəlidir.

“O, təşəbbüskarlıq göstərməyə qorxur, çünki Ermənistanda radikal qüvvələr bunu heç vaxt ona bağışlamazlar və bu addım ona vəzifəsi bahasına başa gələ bilər. Belə isə o deyə bilər ki, bu, onun təşəbbüsü deyil, beynəlxalq birliyin təzyiqinin nəticəsidir. Paşinyana indi sərf edir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları Ermənistanın iqtisadi blokadadan çıxması müqabilində geri qaytarsın. İndi onun ölkəsində iqtisadi dəyişikliklərə tələbat çox yüksəkdir. Oradakı insanların yoxsul vəziyyətində olmasını hamımız bilirik. Əgər ticarət münasibətləri bərpa olunarsa və yeni logistik marşrutlar əmələ gələrsə, o zaman bu, Ermənistan üçün qurtuluş ola bilər. Lakin əgər qarşıdurma diqqətdən kənar qalarsa və Ermənistan tərəfindən konkret hərəkətlərlə nəticələnməzsə, o halda yaxın gələcəkdə münaqişənin kəskinləşməsini gözləmək mümkündür”, - deyə D.Qrevtsova bildirib.


Create Account



Log In Your Account