Apr 21 2020 11:11
Elshad Aliyev
Views: 67

Mayın 1-dən qüvvəyə minəcək neft hasilatının azaldılması üzrə yeni "OPEC+" (Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması neftin qiymətini bir qədər sabitləşdirməyə kömək edəcək.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu "Rystad Energy" şirkətinin analitiki Kristofer Peyc deyib.

Bazar ertəsi WTI markalı xam neft (may ayında çatdırılma şərti ilə) tarixdə ilk dəfə olaraq mənfi göstəricilərə enib, NYMEX-də bu markalı neftin qiyməti bir barel üçün mənfi 40,32 dollara çatıb. WTI markalı xam neftin may fyuçersinin enməsi ABŞ-da neftə olan tələbatın çox zəif olması və neft çənlərinin dolması ilə bağlıdır.


Create Account



Log In Your Account