Jun 04 2020 17:06
Elshad Aliyev
Views: 137

Elektrik sayğacların smart kartların balansını mobil tətbiq vasitəsilə artırılması xidməti artıq sınaq mərhələsindədir. Bunu "APA-Economics"ə “Azərişıq” ASC-dən deyiblər.

Qurumdan bildirilib ki, xidmət iyul ayının ortaları istifadəçilərin ixtiyarına veriləcək.

Yeni xidmət yalnız istismarda “PoudRaad” şirkətinin sayğaclarının smart kartlarına şamil olunacaq.

Abonentlər bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucuları vasitəsilə apara biləcəklər. Cihazlar artıq ölkəyə gətirilib və onların əldə ola biləcəyinə dair məlumat qurumun rəsmi səhifəsində yerləşdiriləcək.

Qeyd edək ki, özəl şirkətlər tərəfindən təklif olunacaq kart oxuyucuların qiyməti 18-20 manat civarında olacaq. 


Create Account



Log In Your Account