May 01 2020 12:54
Elshad Aliyev
Views: 68

“Amrahbank”ın işçilərinin dünənki etirazı emosional xarakter daşıyır. İşçilərin əməkhaqqının verilməsi üçün tədbirlər görülməsinə başlanılıb. Bank kadrları araşdıracaq və onların işlə təminatına yardım edəcəyik".

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Qiymətləndirmələr göstərdi ki, “Amrahbank” da “Atabank”da oxşar vəziyyətdir. Kapital itkisinə yol verilib, maliyyə çatışmazlığı var. Bank sahibləri ilə görüşlərimiz oldu. Xilas tədbirlərini bildirdik. Biz bankların bağlanmasının tərəfdarı deyilik. Bankların rəhbərlərinə kapitalın artırılmasını təklif etdik. Onların belə imkanı olmadığı üçün imtina olundu. Belə olan halda onların bağlanması yekdilliklə tövsiyə olundu. Uzunmüddətli qiymətləndirmə əsasında bu qərar verilib”, - deyə E. Rüstəmov qeyd edib.

AMB-nin sədri onu əlavə edib ki, bu qərar sağlamlaşdırma prosesini başa çatdırmağa yönəlib: “Biz həm də əmanətçilərin maraqlarını qorumaqla “cərrahiyyə” əməliyyatı həyat keçirdik. Bu addım həm də ümumi sistemin qorunması baxımından atılıb”.

E. Rüstəmov əlavə edib ki, inzibatçı təyin olunan digər iki bankda (“AGBank” və “NBC Bank”da) maliyyə vəziyyətinin dərindən qiymətləndirilməsi aparılır.


Create Account



Log In Your Account