Dec 12 2019 13:58
Elshad Aliyev
Views: 63

APA-nın xəbərinə görə, bu barədə Latviya Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

Görüşdə Latviya-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti, əlaqələrin gələcək inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb.

Bundan başqa, Azərbaycan XİN başçısı Riqada yerləşən "İşğal" muzeyinə və Latviya Milli Kitabxanasına baş çəkib.

E. Məmmədyarov Riqada “Azadlıq” heykəlini də ziyarət edib.

Qeyd edək ki, E. Məmmədyarovun Latviya Prezidenti Eqils Levits, Latviya Seyminin spikeri İnara Murnietse və Müdafiə naziri Artis Pabrikslə görüşləri də gözlənilir.


Create Account



Log In Your Account