Jul 02 2020 17:03
Elshad Aliyev
Views: 158

Hazırda 8103 SMS icazə sisteminin fəaliyyətində hər hansı bir dəyişiklik yoxdur. Sistemlə əlaqəli yenilik olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.

Agentliyin şöbə müdirinin sözlərinə görə, müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da SMS-lə 8103 qısa nömrəsinə göndərilməsinə ehtiyac yoxdur.

 


Create Account



Log In Your Account