Mar 06 2020 12:48
Elshad Aliyev
Views: 41

Senator Elizabet Uorren cümə axşamı prezidentlik uğrunda mübarizəni dayandırdığını elan edib. Beləliklə, Demokratlar Partiyasından prezidentliyə namizədlər kimi, “döyüş meydanında” iki əsas iddiaçı qalıb: keçmiş vitse-prezident Co Bayden və senator Berni Sanders.

Uorren Massaçusetsdə keçirilən tədbirdə çıxış edərək deyib: “Biz öz məqsədimizə nail olmadıq. Lakin sizinlə birgə gördüyümüz işin əhəmiyyəti çox böyükdür”.

AZƏRTAC xəbər verir ki, “super çərşənbə axşamı” günündə 14 ştatda keçirilmiş ilkin seçkilərdə Uorren uğur qazanmayıb. O, öz seçkiqabağı kampaniyasını bitirəndən sonra hər hansı namizədi dəstəkləmək niyyətində olduğunu bildirməyib.


Create Account



Log In Your Account