Mar 03 2020 15:09
Elshad Aliyev
Views: 34

Minnesotadan olan sosial-demokrat Emi Klobuşar 2020-ci il prezident seçkilərində mübarizə kampaniyasını dayandırdığını elan edib.

AZƏRTAC xəbər verir ki, Klobuşarın nümayəndələrinin sözlərinə görə, həm Klobuşar, həm də prezident seçkilərində mübarizədən çıxdığını martın 1-də elan etmiş Pit Butticiç “Super çərşənbə axşamı” ərəfəsində Co Baydenin namizədliyini dəstəkləyəcəklərini bildiriblər. Keçmiş vitse-prezidentin əsas rəqibi Berni Sandersdir.

Prezident seçkiləri ilində mart ayının ilk çərşənbə axşamı günündə əksər ştatlarda ilkin seçkilər keçirilir. Həmin seçkilərdə bütün partiyalardan prezidentliyə namizədlərin seçilməsi üzrə qurultaylara nümayəndələr - ştatlardan olan seçkiçilər müəyyən olunur. Seçkiqabağı mübarizənin hər hansı başqa günü ilə müqayisədə həmin gün daha çox nümayəndə seçilir. Ona görə də, həmin gün qələbə qazanmaq prezidentliyə bütün namizədlər üçün çox vacibdir. Bu il “Super çərşənbə axşamı” günündə 14 ştatda seçkilər keçiriləcək.


Create Account



Log In Your Account