Feb 14 2017 10:29
Ulviyye Sabirqizi
Views: 1892

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Bunlardan biri Fransada oynanılacaq PSJ – “Barselona” görüşüdür. Qrup mərhələsində məğlubiyyət üzü görməyən parislilər ikinci yeri tutaraq, “Barsa”ya rəqib olublar. Son

vaxtlar əla formada olan Unay Emerinin yetirmələri cavab qarşılaşması öncəsi üstünlük əldə etməyə çalışacaqlar. Əlbəttə ki, bu gün fransızların əsas qol ümidi cari mövsüm qolçuluq bacarığını nümayiş etdirən Edinson Kavani olacaq.

“Barselona” isə son 3 rəsmi oyunda məğlub etdiyi PSJ önündə uğurlu seriyanı davam etdirməyə çalışacaq. Meydan sahiblərində Xavyer Pastore və Qrzeqorz Krixovyak zədəli, Tiaqo Motta cəzalıdısa, qonaqların heyətində Aleyş Vidal, Xavyer Maskerano, Rafinya və Arda Turan zədədən əziyyət çəkirlər.

Günün digər matçında “Benfika” ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər. Portuqaliya çempionatının lideri güclü rəqibi büdrətmək və Almaniyaya sərfəli nəticə ilə yollanmaq arzusundadı. Amma “Borussiya”nın Madrid “Real”ının da yer aldığı F qrupunda birinci yeri tutduğunu unutmayaq.
 

UEFA Çempionlar Liqası

1/8 final mərhələsi, ilk oyunlar
 
14 fevral

23:45. “Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)
Baş hakim: Nikola Ritsoli (İtaliya)
 
23:45. PSJ (Fransa) – “Barselona” (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)

 


Create Account



Log In Your Account