Apr 23 2020 14:20
Elshad Aliyev
Views: 72

Avrokubokların 2020/21 mövsümünün B planına əsasən, koronavirus pandemiyası ilə əlaqədar dayandırılan milli çempionatlar davam etdirilməsə, qitə kuboklarına vəsiqələr turnir cədvəlinə əsasən müəyyənləşdirilməyəcək.

Apasport.az saytının məlumatına görə, belə olarsa, avrokuboklara vəsiqələr klubların UEFA reytinqindəki hazırkı mövqeyinə əsasən bilinəcək. 

Qitə futbol qurumunun B planı işə düşəcəyi təqdirdə, gələn mövsüm Çempionlar Liqasının (ÇL) qrup mərhələsində mübarizə aparacaq 26 klubun adları bəllidir. Yalnız 6 komanda pley-offdan yoluna davam edəcək.

İngiltərədə son 5 il ərzində ən yüksək reytinq "Mançester Siti"nin olsa da, "şəhərlilər"in diskvalifikasiyası "Tottenhem"in yolunu açacaq. Cari mövsüm daxili birincilikdə aşağı pillələrdə qərarlaşan "Arsenal", "Atletiko", "Bayer", "Şalke" kimi klublar üçün bu, göydəndüşmə olar. Əvəzində "İnter", "Marsel", "Çelsi" ÇL-dən kənarda qalacaqlar.

UEFA-nın B planına əsasən gələn mövsüm ÇL-də mübarizə aparacaq klublar:
İngiltərə: 
"Liverpul", "Mançester Yunayted", "Arsenal", "Tottenhem"
İspaniya: "Real", "Atletiko", "Barselona", "Sevilya"
Almaniya: "Bavariya", "Borussiya (Dortmund), "Bayer", "Şalke"
İtaliya: "Yuventus", "Roma", "Napoli", "Latsio"
Fransa: PSJ, "Lion", "Monako"
Rusiya: "Zenit", MOİK
Portuqaliya: "Portu"
Ukrayna: "Şaxtyor"
Belçika: "Gent"
Türkiyə: "Beşiktaş "
Avstriya: "Zalsburq"

Qeyd edək ki, bu plan təsdiqlənərsə, Azərbaycandan "Qarabağ" Çempionlar Liqasına, "Qəbələ", "Neftçi" və "Səbail" Avropa Liqasına vəsiqə qazanacaq.


Create Account



Log In Your Account