Mar 17 2020 13:18
Elshad Aliyev
Views: 192

Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətdə azadlığın məhdudlaşdırılması, yaxud 3 ilədək müddətdən azadlıqdan məhrumetmə ilə cəza tətbiq olunacaq.

APA-nın məlumatına görə, bu gün Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 mindən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. 


Create Account



Log In Your Account