May 01 2020 16:52
Elshad Aliyev
Views: 159

Epidemiyanın ikinci dalğası birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdiyi onlayn mətbuat konfransında pandemiya ilə bağlı vəziyyəti dəyərləndirərək deyib. ÜST təmsilçisi bildirib ki, viruslar hər zaman olub, gələcəkdə də olacaq, buna daima hazır olmaq lazımdır.

“Əgər pandemiyanın qarşısının alınması üçün gördüyümüz tədbirlərin səmərəsi az olarsa, yeni yoluxma dalğaları da baş verə bilər. Bu dalğalar yavaş-yavaş, kiçik halda yaranarsa, səhiyyə sistemi onların öhdəsindən gələ bilər. Epidemiyanın ikinci dalğası birinci dalğada xəstələnməyən insanların yoluxması nəticəsində ortaya çıxa bilər. Ən önəmli olan məsələ budur ki, özümüzü qoruyaq, virusun insandan insana keçməsinin qarşısını alaq”, deyən H.Harmacı karantin rejiminin qaydalarına ciddi yanaşmağı tövsiyə edib.


Create Account



Log In Your Account