Jan 10 2017 12:28
Ulviyye Sabirqizi
Views: 116

 “Aprel hadisələrindən iki mühüm nəticə çıxır: birincisi, bu, bizim xoşumuza gəlsə də, gəlməsə də, ilk dəfə Azərbaycan ərazilər tutmağa nail olub. İkincisi, bu, böyük əhəmiyyət daşıyır. Bu hadisələr nəticəsində bəlli oldu ki, korrupsiya milli təhlükəsizliyə təhdiddir. İndi bu, daha böyük əhəmiyyət kəsb edir, çünki seçki ərəfəsində müzakirə gündəmini formalaşdırır”.

AzatutyunTV-nin efirində Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Kirakosyan belə deyib.

Politoloq Aleksandr İskəndəryanın fikrincə isə, aprel müharibəsi göstərib ki, bu məsələ hərbi yolla həll oluna bilməz: “Azərbaycan 22 il müharibəyə hazırlaşıb. Son dörd-beş ildə 20 milyard dollardan çox vəsait xərclənib. Əməliyyat yetərincə savadlı idi. Texnika kifayət qədər sanballı idi. Qarabağlılardan fərqli olaraq, Azərbaycan döyüşlərə xüsusi təyinatlıları çıxarmışdı”.

Aprel döyüşlərində yalnız kiçik bir ərazinin itirildiyini deyən Aleksandr İskəndəryan bildirib ki, Azərbaycanın məqsədinin bu kiçik əraziləri tutmaq olduğunu düşünmək mümkün deyil.

Politoloq Hakob Badalyanın fikrincə isə, aprel döyüşlərinin gedişində aydın görünüb ki, 20 illik atəşkəs dövründə Ermənistanın hərbi-siyasi elitası birinci Qarabağ müharibəsinin arxayınlığına qapılıb. O, bildirib ki, nəticələr Ermənistan üçün daha ağır ola bilərdi.

 


Create Account



Log In Your Account