May 11 2020 17:16
Elshad Aliyev
Views: 190

Bir müddət öncə, Paşinyan öz babasının şəklinİ dərc edərək belə bir qeyd etmişdi: “Nikol Pşinyan, 1913-1943. 138 saylı atıcı diviziyanın 554 saylı atıcı polkunda xidmət edib. Vətən uğrunda həlak olanların əziz xatirəsi yaddaşlarda əbədi qalacaq”.

Erməni KİV-ləri Böyük Vətən Müharibəsində itkin düşənlər və həlak olanlar haqqında məlumatların dərc edildiyi https:obd-memorial.ru saytında Paşinyanın yazdığı insan haqqında məlumat axtararkən aşağıdakı qeydlərə rast gəliblər: 

Doğum günü – 23.12.1913

Doğulduğu yer – Ermənistan SSR, Yenokavan

Taleyi – düşmənlə əməkdaşlıq edib, həlak olub

Ölüm tarixi – 29.09.1943

Sayt alman qeydiyyat sisteminin də məlumatalrını dərc edib.

(“İRAVUNK” qəzeti)

Bundan dərhal sonra Ermənistanın müdafiə nazirliyinin saytında belə bir informasiya dərc edildi ki, müharibədə Yenokovan kəndindən guya Nikol Paşinyan adlı iki nəfər iştirak edib  

“Onardan birisi SS sıralarında, digəri isə Sovet ordusunda. Yəni Baş Nazirin babası nasistlərin tərəfində vuruşmayıb” – Erməni KİV-ləri yazır.

(AZAR.AZ)


Create Account



Log In Your Account