Dec 13 2018 13:41
Ferah Sabirqizi
Views: 183

Ermənistan KİV-lərindən bir-birinin ardınca Rusiyaya qarşı qəzəbli məqalələr dərc olunur. Yazılarda əvvəllər ermənilərə havadarlıq edən rus deputatlar indi rəsmi Yerevana qarşı mövqeyini dəyişməkdə ittiham olunur.

Ermənistan cəmiyyətində yenə də rus hərbçi və sərhədçilərinin dislokasiyası haqqında danışmağa başlayıblar. Dekabrın 3-də Gümrüdə yaşayan 57 yaşlı qadın döyülərək qətlə yetirilib. Gümrüdəki rus hərbi bazasının qulluqçusu bu qətldə şübhəli bilinərək həbs olunub. Bu hadisədən sonra Ermənistan KİV-ləri 2015-ci il Gümrüdə baş verən olayı da xatırladıblar. Həmin il rus hərbçisi Permyakov Gümrüdə yaşayan Avetisyan ailəsinin yeddi üzvünü amansızcasına qətlə yetirmişdi. “Armenian Report” yazır ki, “bizə belə müdafiəçilər lazım deyil”.

Bu yaxınlarda “Lazarev klubu”nu yaradan rus deputat Konstantin Zatulin də erməni jurnalistlər hücumuna məruz qalıb. Müəllif Tevis Arşakyan bildirir ki, Ermənstandakı rejim çökəndən sonra yeni hakimiyyət satqın rus deputatını yemləməkdən imtina edib. Buna görə də Zatulin dərhal ermənilərə qarşı çıxıb. Zatulin “Komsomolskya pravda” qəzetinə verdiyi müsahibədə Ermənistana ağıl verməyə çalışıb, erməni xalqı və yeni hakimiyyətə özünü necə aparmaq haqqında dırnaqarası ağıllı məsləhətlərlə çıxış edib.

“Armenian Report”dakı məqalənin müəllifi yazır ki, Zatulin heç vaxt erməni  xalqının dostu olmayıb. “Rusiya imperiyasının nümayəndəsi olan bu şəxs Ermənistandakı əvvəlki rüşvətxor-oliqarx rejimin əlindən yemlənib. Demək lazımdır ki, onu yaxşı saxlayıblar. Onun bütün səfərləri, ermənilər barəsində müsbət çıxışlarının hamısı əvvəllər Köçəryan, sonra da Sarkisyan tərəfindən yaxşıca ödənilib. Hətta onun Soçidən Dövlət Dumasına deputat seçilməsi də Krasnodar vilayətindəki erməni diasporası tərəfindən maddi baxımdan yaxşıca dəstəklənib”. Bunlarla yanaşı, Ermənistanla bağlı neqativ proqnozlar da səslənir.

Ekspert hesab edir ki, çıxış yollarından biri 20 ildir erməni dövlətini ailə biznesi kimi idarə edib milyardlar qazanan oliqarxları nəzarətə götürməkdədir. Amma heç kim zəmanət vermir ki, bundan sonra Ermənistanın yeni hakimiyyəti də öz sələflərinin yolu ilə getməyəcək.


Create Account



Log In Your Account