Jun 24 2021 12:57
Elshad Aliyev
Views: 703

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsi ilə bağlı tətbiq edilən qadağanın müddətini uzadıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistan hökumətinin iclasında müvafiq qərar qəbul edilib.

Qərara əsasən, iyulun 1-dən etibarən Türkiyə məhsullarının Ermənistana gətirilməsi qadağası daha 6 ay müddətinə uzadılıb.

Qeyd edək ki, 2020-ci ildə bununla bağlı qərar layihəsi hazırlanıb və qərar ötən il dekabrın 31-dən 6 ay müddətinə qüvvədə olub.


Create Account



Log In Your Account