Mar 13 2021 14:30
Elshad Aliyev
Views: 176

Ermənistan müxalifəti prezident Armen Sarkisyanın və baş nazir Nikol Paşinyanın bu günə planlaşdırılan görüşünü siyasi şou düzəltmək cəhdi kimi qiymətləndirir.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə müxalif “Vətənin xilası uğrunda hərəkat” birliyinin nümayəndəsi, “Daşnaksutyun” partiyasının üzvü Geqam Manukyan deyib.

“Növbəti şoudur, qoy görüşsünlər. Yəqin ki, hansısa fəaliyyət planını dəyişmək istəyirlər”, - deyə o bildirib.

Paşinyanın şənbə günü ölkə prezidenti ilə görüşəcəyi barədə baş nazirin mətbuat katibi Mane Gevorkyan məlumat verib.

Armen Sarkisyan baş nazirlə yanaşı, parlament fraksiyalarının rəhbərlərini və “Vətənin xilası uğrunda hərəkat” müxalifət birliyinin nümayəndələrini böhrandan çıxış yolları tapmaq üçün məsləhətləşmə keçirməyə dəvət edib. Müxalifət isə görüşə yalnız Paşinyanın istefası barədə yol xəritəsini müzakirə etmək üçün hazır olduğunu bildirib.


Create Account



Log In Your Account