Apr 28 2020 16:42
Elshad Aliyev
Views: 59

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlərlə yanaşı, zabitlərin də hərbi hissəni özbaşına tərk etmələri halları artıb. Bu günlərdə məlum olub ki, üç nəfər zabit hərbi hissədən qaçıb.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, 6-cı Dağ Atıcı Alayının zabitləri Daro Harutunyan və Albert Hambaryan hərbi hissədə mövcud olan dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerlərini icazəsiz tərk ediblər. Digər zabit, artilleriya divizionunun komandiri Qaprel Qaprelyan isə məzuniyyətə gedib və istirahət müddəti bitdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib.

Hər 3 fərari zabit barədə hərbi polisə məlumat verilib, barələrində cinayət işi açılıb və araşdırma aparılır.


Create Account



Log In Your Account