BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR
Ermənistan parlamentinin deputatları hökumət üzvlərinin qarşısında kütləvi dava salıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, qarşıdurma müxalif “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyanın hakimiyyətyönlü həmkarlarına çıxış zamanı opponentlərini təhqir etməmələri barədə çağırışından sonra başlayıb.
Bununla yanaşı, Edmon Marukyan hakim partiyanın deputatı Sasun Mikaelyanla mübahisəyə başlayıb və mübahisə əlbəyaxa davaya keçib. Bir neçə dəqiqə davam edən davaya digər qanunvericilər də qoşulub.