Aug 10 2020 13:05
Elshad Aliyev
Views: 55

Ermənistanda koronavirusa yoluxanların sayı 40 min 433 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Bildirilir ki, Ermənistanda pandemiya qurbanlarının sayı da 796 nəfərə çatıb. Onlardan da 5-i son 24 saat ərzində dünyasını dəyişib.

Koronavirus diaqnozu qoyulmuş daha 228 nəfər isə başqa səbəblərdən ölüb.

Hazırda ölkədə 6 min 793 aktiv koronavirus xəstəsinin olduğu bildirilir.

Ekspertlərin fikrincə Ermənistan hökuməti koronavirusa yoluxma və ölüm faktlarını bilərəkdən gizlədir. Bəzi məlumatlar isə ictimaiyyətə dəyişdirilmədən təqdim olunur.

Analitiklərin və mütəxəssislərin sözlərinə görə, faktiki olaraq Ermənistanda koronavirusa yoluxanların sayı 100 mindən də çoxdur. Pandemiya qurbanlarının sayı isə minlərlədir.

“Səhiyyə Nazirliyi artıq bir neçə gündür ki, başqa səbəblərdən ölən koronavirus xəstələrinin dəqiq sayını bilmir. Əgər belə olmasa idi nazirlik artıq 5 gündür ki, hər gün 228 nəfər koronavirus xəstəsinin öldüyünü təkrar etməzdi”, deyə, mütəxəssislər bildirirlər.


Create Account



Log In Your Account