Nov 01 2019 16:16
Elshad Aliyev
Views: 47

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevana rəsmi səfər edəcək.

Bu barədə jurnalistlərə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan məlumat verib.

O bildirib ki, iki ölkə arasında kifayət qədər dinamik əlaqələr var, aktiv dialoq mövcuddur və gündəlikdəki məsələlər olduqca genişdir.

Bununla belə, XİN başçısı səfərin nə vaxt baş tutacağını və səfər zamanı rusiyalı mütəxəssislərin ABŞ-ın pulu ilə Ermənistanda yaradılmış bioloji laboratoriyalara girişinə imkan verilməsinə dair memorandum imzalanıb-imzalanmayacağını açıqlamayıb.

"Bu barədə müzakirələrdən sonra danışa bilərik. Müxtəlif mənbələrin fikirləri bizə təsir etmir. Mənbələrin məlumatı üzə çıxarması çox əlverişsizdir", - deyə erməni nazir əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiya KİV-də S.Lavrovun noyabr 10-11-də Ermənistana səfər edəcəyi və səfər çərçivəsində rusiyalı mütəxəssislərə Pentaqonun pulu ilə tikilmiş bioloji laboratoriyalara daxil olmaq icazəsinin verilməsinə dair memorandum imzalanacağı barədə məlumatlar yayılmışdı.


Create Account



Log In Your Account